...

Sabah Bakıda hava yağmursuz keçəcək

Cəmiyyət Materials 20 Sentyabr 2011 11:58 (UTC +04:00)
Sabah Bakıda hava yağmursuz keçəcək.
Sabah Bakıda hava yağmursuz keçəcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Bakıda hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20, gündüz 22-27 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti