...

Baş nazirin müavini: Narkomaniya Azərbaycan üçün çox da spesifik problem deyil

Cəmiyyət Materials 21 Sentyabr 2011 12:02 (UTC +04:00)
Qonşu ölkələrlə müqayisədə narkomaniya Azərbaycan üçün çox da spesifik problem deyil. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasın sədri Əli Həsənov bildirib.
Baş nazirin müavini: Narkomaniya Azərbaycan üçün çox da spesifik problem deyil

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Qonşu ölkələrlə müqayisədə narkomaniya Azərbaycan üçün çox da spesifik problem deyil. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasın sədri Əli Həsənov bildirib.

"Narkomanların sayında müəyyən artım varsa, bu, o demək deyil ki, katastrofik vəziyyətdir. Sadəcə olaraq, bütün aidiyyəti qurumlar bu problemlə məşğul olmalıdırlar. Hər bir Azərbaycan vətəndaşı bu problemlə məşğul olmalıdır. Bu, bütövlükdə ictimaiyyətin problemidir. Dövlət bu istiqamətdə kifayət qədər tədbirlər görür", - Həsənov əlavə edib.

Bu ilin 6 ayında respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1702 cinayət qeydə alınıb. Cinayətlərdən 584-ü narkotiklərin satışı, 1066-sı saxlanması, 47-si əkini ilə bağlı, 5-i isə digər cinayətlərdir. Ötən ilin müvafiq dövründə ölkədə 1837 cinayət qeydə alınmışdı.

Bu ilin birinci yarısında qanunsuz dövriyyədən 436 kiloqram 363 qram müxtəlif növ narkotik vasitə çıxarılıb. Onlardan 196 kiloqramdan artıq marixuana, 155 kiloqramdan artıq həşiş, 20 kiloqramdan artıq tiryək, 58 kiloqramdan artıq heroin olub.

Hesabat dövründə 214 ton 310 kiloqram yabanı halda bitmiş narkotik xassəli bitki məhv edilib.

Ölkədə rəsmi qeydiyyatda 25 500 nəfər narkotik istifadəçisi var. Onlardan 500-ə yaxını qadındır. Narkotik istifadəçilərinin 3119 nəfəri 18-29, 5564 nəfəri 30-39 yaş kateqoriyasında olanlardır.

Xəbər lenti

Xəbər lenti