Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/
Tanınmış qazax şairi və yazıçısı Oljas Suleymenovun Bakıda yeni kitabı nəşr edilib. Trend-in məlumatına görə, kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər və elmi-publisistik yazılar toplanıb. "Kuman nəğməsi" adlanan kitab beynəlxalq Mahmud Kaşğari Fondu tərəfindən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə nəşr edilib.
Oljas Suleymenovun şeirləri Azərbaycan dilinə Elxan Zal Qaraxanlı və Akif Əhmədgil tərəfindən çevrilib. Millət vəkili Qənirə Paşayevanın və tanınmış şair Elxan Zal Qaraxanlının birgə layihəsi olan "İrs" silsiləsindən olan və Xalq yazıçısı Anarın ön sözü ilə başlayan "Kuman nəğməsi" kitabı Oljas Suleymenovun Azərbaycanda nəşr edilən ən irihəcmli kitabıdır.