Aliyə Qarayeva dünya çempionatında bürünc medal və Yay Olimpiya Oyunlarına lisenziya qazanıb(FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Azərbaycanlı gimnast Aliyə Qarayeva dünya çempionatının bürünc mükafatçısı olub və 2012-ci il Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya alıb.
Trend-in məlumatına görə, bu hüququ o, Fransanın Monpelye şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında əldə edib.
Mundialın çöxnövçülük üzrə finalında çıxış edən Qarayeva üçüncü yeri tutub.
Qeyd edək ki, bu, Azərbaycan gimnastikası tarixində ilk belə hadisədir.
Beləliklə, Aliyə Qarayeva Londona birbaşa vəsiqə alan 15 gimnastın sırasındadır.