...

Gəncə sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Cəmiyyət Materials 24 Sentyabr 2011 13:57 (UTC +04:00)
Gəncə şəhər sakini İsmayıl İrzayevdən külli midarda narkotik vasitə götürülüb.
Gəncə sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gəncə şəhər sakini İsmayıl İrzayevdən külli midarda narkotik vasitə götürülüb.

Trend-in şənbə günü DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Kəpəz RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl İrzayevdən 9,41 qram, evinə baxış zamanı isə oradan əlavə 7 kiloqram 867 qram marixuana aşkar edilərək götürülüb.

Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini Muraz Məmmədovdan 4 kiloqram 515 qram marixuana götürülüb.

Xəbər lenti

Xəbər lenti