...

Aydın İsmiyev: Turizm obyektlərində əsas problem sahibkarların reklam işini zəif təşkil etməsidir

Cəmiyyət Materials 27 Sentyabr 2011 15:41 (UTC +04:00)
Turizm Nazirliyi yay turizm mövsümü ilə əlaqədar respublikanın bölgələrində apardığı monitorinq zamanı rast gəlinən əsas problemləri açıqlayıb.
Aydın İsmiyev: Turizm obyektlərində əsas problem sahibkarların reklam işini zəif təşkil etməsidir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümü ilə əlaqədar respublikanın bölgələrində apardığı monitorinq zamanı rast gəlinən əsas problemləri açıqlayıb.

"Turizm obyektlərində rast gəlinən əsas problemlər sahibkarlar tərəfindən reklam işinin zəif təşkili və bəzi obyektlərin lisenziyasız fəaliyyət göstərməsidir. Obyektlərin əksəriyyətində işçilərin peşə hazırlığı yox dərəcəsindədir", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda keçirilən ümumrespublika daxili turizm konfransında çıxışı zamanı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

İsmiyevin sözlərinə görə, çox az sayda obyektdə müştərilərə əlavə xidmət təklif olunur.

O bildirib ki, bu turizm mövsümündə qiymətlər 15%-dən çox endirilib.

Xəbər lenti

Xəbər lenti