...

Prokuror İslam Partiyasının həbsdə olan üzvlərinə 70 il cəza istəyib

Cəmiyyət Materials 28 Sentyabr 2011 14:03 (UTC +04:00)
Bu gün prokuror İslam Partiyasının sədri və üzvlərinə cəza istəyib.
Prokuror İslam Partiyasının həbsdə olan üzvlərinə 70 il cəza istəyib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün prokuror İslam Partiyasının sədri və üzvlərinə cəza istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu gün keçirilən iclasda prokuror partiya sədri sədri Mövsüm Səmədov, partiyanın Astara rayon şöbəsinin sədri Rufulla Axundov, partiya sədrinin müavini Vaqif Abdullayev və Fəramiz Abbasovun hər birinə 12 il, Səmədovun əmisi oğlu Dəyanət Səmədov, partiya üzvü Firdovsi Məmmədrzayevə 11 il azadlıqdan məhrum etmə cəzası verilməsini məhkəmədən xahiş edib.

Prokuror partiya üzvü Zülfüqar Mikayılova 5 il sınaq müddətinə 10 il 9 ay şərti cəza verilməsini istəyib.

Proses oktyabrın 3-də vəkillərin çıxışı ilə davam etdiriləcək.

Onlara qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.

Partiyanın sədri Mövsüm Səmədov barəsində bu il yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti