...

Suriyada təhsil alan təxminən 60 azərbaycanlı tələbə təhsilini yarımçıq qoyub

Cəmiyyət Materials 29 Sentyabr 2011 13:55 (UTC +04:00)
Bugünlərdə Suriyada təhsil alan təxminən 60 azərbaycanlı tələbə bu ölkədəki hadisələrlə bağlı təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb.
Suriyada təhsil alan təxminən 60 azərbaycanlı tələbə təhsilini yarımçıq qoyub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Bugünlərdə Suriyada təhsil alan təxminən 60 azərbaycanlı tələbə bu ölkədəki hadisələrlə bağlı təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, Suriyada türkdilli şəxslərə qarşı olan münasibətə görə azərbaycanlı tələbələrə ölkələrinə qayıtmaq tövsiyə olunub.

"Azərbaycanlı tələbələr əsasən Dəməşq şəhərində təhsil alırdılar", - Həsənli deyib.

Xəbər lenti

Xəbər lenti