...

"Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr" mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 29 Sentyabr 2011 14:21 (UTC +04:00)
Cümə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr" mövzusunda konfrans keçirilib.
"Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Cümə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr" mövzusunda konfrans keçirilib.

Konfransda Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin müvafiq strukturlarının məsul şəxsləri, beynəlxalq təşkilatların və diplomatik korpusun, parlamentin, sosial tərəfdaşların, transmilli şirkətlərin nümayəndələri iştirak ediblər. Bu barədə Trend-ə nazirliyin İctmaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfransda məqsəd hər bir iş yerinin, həmçinin transmilli şirkətlərdə olan iş yerlərinin işçi insanların layiqli həyatla bağlı ehtiyaclarını ödəyə biləcək səviyyəyə çatdırılması ilə bağlı səylərin gücləndirilməsinə nail olmaqdan ibarət olub.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində keçirilən konfransda ötən 20 il ərzində respublikamızda əldə olunan uğurlardan danışılaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim iqtisadi tərəqqinin əsas hədəfi olduğu bildirilib.

Qeyd olunub ki, bu gün modern inkişaf mərhələsində olan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü islahatlar ilk növbədə hər bir insan üçün müasir tələblərə cavab verən yaşayış və iş şəraitinin yaradılmasına, nəticə etibarilə vətəndaş firavanlığının təminatına xidmət edir. İşçi insanların hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, layiqli əməyin təminatı istiqamətində dövlət siyasəti ilbəil gücləndirilir.

Sosial hüquqlar, o cümlədən işçi hüquqları ilə bağlı Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT və Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə fəal əməkdaşlıq edir. Ölkəmiz Yenidən Baxılmış Avropa Sosial Xartiyasının 18 maddəsinə qoşulub, BƏT-in 56 Konvensiyasını, o cümlədən BƏT-in əmək hüquqları sahəsində 8 fundamental Konvensiyasını ratifikasiya edib.

Transmilli şirkətlər respublikamızın iqtisadiyyatında mühüm yer tutmaqla bərabər, layiqli əməyin təminatında da bir çox komponentlər üzrə müsbət təcrübəyə malikdirlər. Bununla belə, konfransda transmilli şirkətlərin bir qismində əmək qanunvericiliyinə zidd olan hallara toxunulub və belə halların aradan qaldırılmasına diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti