...

Daşınmaz əmlakın qeydiyyatı zamanı ödənilən rüsumun 30 faizi bu xidmətin əməkdaşlarının sosial müdafiəsinə sərf olunacaq

Cəmiyyət Materials 30 Sentyabr 2011 17:47 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilib.
Daşınmaz əmlakın qeydiyyatı zamanı ödənilən rüsumun 30 faizi bu xidmətin əməkdaşlarının sosial müdafiəsinə sərf olunacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə qeydiyyat orqanının hesabına köçürülür.

Qanun layihəsini təqdim edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, orta hesablamalara görə, qanuna edilən dəyişikliyə əsasən həmin işçilərin vəzifə maaşlarına əlavə 200-250 manat vəsait ayrılacaq.

Xəbər lenti

Xəbər lenti