...

Fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

Cəmiyyət Materials 3 Oktyabr 2011 15:53 (UTC +04:00)
Stokholmda fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.
Fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir T.Hacıyev/

Stokholmda fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, üç alim - Brüs Boytler, Ralf Ştaynman və Jül Hofman laureat olub. Mükafat onlara immunitetin aktivləşdirilməsi üzərində gördükləri işlərə görə veriləcək.

1,4 milyon dollar məbləğində mükafatın təqdimetmə mərasimi dekabrın 10-da keçiriləcək.

Jül Hoffman və Brüs Byetler bu ilin yayında apardıqları araşdırma ilə bağlı "Asiya Nobeli" adlandırılan "Şou" mükafatına layiq görülüblər. Bu mükafatın məbləği 1 milyon dollardır.

Xəbər lenti

Xəbər lenti