...

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçiriləcək

Cəmiyyət Materials 6 Oktyabr 2011 17:25 (UTC +04:00)
ABŞ Dövlət Departamenti və Bakı Təhsil Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 9-da ABŞ-da Təhsil Yarmarkası keçiriləcək.
ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçiriləcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

ABŞ Dövlət Departamenti və Bakı Təhsil Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 9-da ABŞ-da Təhsil Yarmarkası keçiriləcək.

Bakı Təhsil Məlumat Mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, yarmarkanın məqsədi maraq göstərən tərəfləri ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir.

Burada tələbələr, şagirdlər, eləcə də valideynlər ABŞ-ın müxtəlif universitetlərinin nümayəndələri ilə görüşərək onları maraqlandıran suallara cavab ala biləcəklər.

Yarmarkada 15-dən çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti