Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın London Paralimpiya Oyunlarına qazandığı lisenziyaların sayı 18-ə çatıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
ABŞ-ın Kolambus şəhərində idmanın güllə atıcılığı növü üzrə keçirilən Dünya Kubokunda paralimpiyaçımız Yelena Taranova 10 metr məsafədən pnevmatik və 50 metr məsafədən kiçik çaplı tapancadan atəş açmaq üzrə hər iki mübarizədə qızıl medal əldə edib. Bu nəticəyə görə o, ölkəmizə XIV London Yay Paralimpiya Oyunlarına daha iki lisenziya gətirib.
Azərbaycanın London Paralimpiya Oyunlarına qazandığı lisenziyaların sayı 18-ə çatıb