...

"Müstəqil Azərbaycanda idman siyasəti" mövzusunda elmi-praktik konfrans keçirilib

Cəmiyyət Materials 12 Oktyabr 2011 11:57 (UTC +04:00)
Azərbaycan idmanında kütləvilik günü-gündən artır. Trend-in məlumatına görə, bunu çərşənbə günü gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan "Müstəqil Azərbaycanda idman siyasəti" mövzusunda elmi-praktik konfransın açılışında bildirib.
"Müstəqil Azərbaycanda idman siyasəti" mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan idmanında kütləvilik günü-gündən artır. Trend-in məlumatına görə, bunu çərşənbə günü gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan "Müstəqil Azərbaycanda idman siyasəti" mövzusunda elmi-praktik konfransın açılışında bildirib.

Onun sözlərinə görə, hər il Azərbaycanda onlarla beynəlxalq turnirlər keçirilir. "1997-ci ildən - İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən Azərbaycanda olimpiya hərəkatında dönüş yarandı", - İsmayılov deyib.

Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev konfransda çıxışında qeyd edib ki, Azərbaycan 1996-cı ildə ilk dəfə Atlanta Olimpiyadasında iştirak edərək ilk olimpiya medalını qazanıb.

Əbiyev deyib ki, ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi qayğı bu gün Prezident İlham Əliyev tərəfindən daha da artır. Vitse-prezident bütün regionlarda idman bazalarının fəaliyyət göstərdiyini qeyd edib. Əbiyev London Olimpiyadasında qazanılan medalların artan xəttlə davam edəcəyinə əminliyini qeyd edib.

İdman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfrans müstəqillik dövründə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına həsr olunur.

2 hissədən ibarət olan konfransa plenar və bölmə iclasları daxildir.

Plenar iclasda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor və müəllimlərinin "Azərbaycanın müstəqilliyi dövründə bədən tərbiyəsi və idmanın inkişafı", "Müstəqillik dövründə bədən tərbiyəsi və idman sahəsində qəbul olunmuş qanunlar" mövzularında məruzələri və bununla bağlı çıxışlar dinlənilir.

Xəbər lenti

Xəbər lenti