...

Azərbaycanda saxta diplomlu orta məktəb müəllimlərinin işdən azad edilməsinə başlanılıb

Cəmiyyət Materials 12 Oktyabr 2011 13:55 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində saxta diplomla işə düzələn və lisenziyasız fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən müəllimlərinin işdən azad edilməsinə başlanılıb.
Azərbaycanda saxta diplomlu orta məktəb müəllimlərinin işdən azad edilməsinə başlanılıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində saxta diplomla işə düzələn və lisenziyasız fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən müəllimlərinin işdən azad edilməsinə başlanılıb. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, bəzi rayonlarda aparılan araşdırma zamanı belə hallar aşkarlanıb. Bununla əlaqədar nazirlik belə nöqsanların aşkarlandığı rayonların təhsil şöbələrinə lisenziyası olmayan, saxta diplomla işləyən müəllimlərin işdən azad edilməsi tapşırığını verib.

Şöbə müdiri yerlərdə bu tapşırığın icrasına bu günlərdə başlanıldığını bildirib.

Həmin şəxslərin vaxtilə məktəb direktorları tərəfindən işə götürüldüyünü deyən Qədirovun sözlərinə görə, məktəblərdə saxta diplomlu, lisenziyası olmayan təhsil müəssisələrini bitirmiş şəxslərin müəllim kimi işləməsi qanunaziddir.

Xəbər lenti

Xəbər lenti