...

Sabah Azərbaycan paytaxtında güclü külək əsəcək

Cəmiyyət Materials 13 Oktyabr 2011 13:15 (UTC +04:00)
Oktyabrın 13-dən 14-ə keçən gecə Bakıda və Abşeron yarımadasında havanın gündüz dəyişkən buludlu olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Azərbaycan paytaxtında güclü külək əsəcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 13-dən 14-ə keçən gecə Bakıda və Abşeron yarımadasında havanın gündüz dəyişkən buludlu olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 13-də şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək, gündüz zəifləyəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 19-24, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 14-ü gündüz və 15-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Xəbər lenti

Xəbər lenti