...

Azərbaycan Təhsil Nazirliyi müəllimlərin əmək fəaliyyətini stimullaşdırmaq üçün yeni yollar axtarır

Cəmiyyət Materials 13 Oktyabr 2011 14:59 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi hesab edir ki, ölkədə müəllimlərin əmək fəaliyyətini stimullaşdırmaq üçün yeni tədbirlər görmək lazımdır.
Azərbaycan Təhsil Nazirliyi müəllimlərin əmək fəaliyyətini stimullaşdırmaq üçün yeni yollar axtarır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi hesab edir ki, ölkədə müəllimlərin əmək fəaliyyətini stimullaşdırmaq üçün yeni tədbirlər görmək lazımdır. Trend-in məlumatına görə, bunu bu gün Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda "Şərq Tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasının artırılması" mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, hazırda müəllimlərin əməyini stimullaşdırmaq üçün Təhsil Nazirliyi yeni yollar axtarır.

Nazir əlavə edib ki, bu gün Azərbaycan təhsilinin gələcəyi orta məktəblərin işindən asılı olsa da, cəmiyyətdə onların statusu elə də yüksək deyil.

"Bunun səbəbləri çoxdur. Bunun əsas səbəbi müəllimlərin əmək haqlarının aşağı olmasıdır. Məncə, müəllimlərin işi çox çətindir və onların əməyini stimullaşdırmaq lazımdır. Müəllimlərin əməyinin stimullaşdırılması üçün 2008-ci ildən ölkə Prezidentinin sərəncamı ilə "Ən yaxşı müəllim" və "Ən yaxşı məktəb" müsabiqələri keçirilir", - nazir deyib.

O qeyd edib ki, beynəlxalq təcrübəyə əsaslanaraq, müəllimlərin işə qəbulu üçün müsabiqə keçirilir.

Mərdanov deyib ki, bu gün Azərbaycan hər hansı ölkənin islahatlarını olduğu kimi ölkədə tətbiq etmək fikrindən uzaqdır.

Onun sözlərinə görə, müəllimlərin ixtisasının artırılmasını həyata keçirmək üçün ciddi işlər görmək lazımdır. Müəllimlərin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə əsasında yeni mexanizm hazırlanıb.

Xəbər lenti

Xəbər lenti