...

Əlyazmalar İnstitutunun direktoru vəfat edib

Cəmiyyət Materials 17 Oktyabr 2011 16:37 (UTC +04:00)
Görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Məmməd Adilov oktyabrın 16-da vəfat edib.
Əlyazmalar İnstitutunun direktoru vəfat edib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Məmməd Adilov oktyabrın 16-da vəfat edib.

Akademiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, 57 yaşında vəfat etmiş Məmməd Adilov 1953-cü il noyabrın 18-də Şəki şəhərində anadan olub.

1976-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsini bitirib, 1976-1977-ci illərdə Şəki şəhərindəki orta məktəbdə müəllim, 1977-1982-ci illərdə Azərbaycan radiosunda və "Bakı" qəzetində müxbir, Azərbaycan Dillər Universiteti nəzdindəki ərəb dili kurslarında müəllim işləyib.

1982-1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə AMEA Əsaslı Kitabxanasında baş redaktor işləyib, elə həmin ildən AMEA Əlyazmalar İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. 2003-cü ildə həmin institutun direktoru vəzifəsinə seçilib.

1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2003-cü ildə AMEA-nın Fəxri fərmanı ilə, 2005-ci ildə AMEA-nın 60 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti