...

Ombudsman Azərbaycanda "Ahıllar ili"nin qeyd olunmasını təklif edib

Cəmiyyət Materials 21 Oktyabr 2011 15:24 (UTC +04:00)
Ombudsman Azərbaycanda növbəti illərdən birinin "Ahıllar ili" kimi qeyd olunmasını təklif edib. Trend-in məlumatına görə, bunu cümə günü "Azərbaycanda yoxsulluğun azaldılması sahəsində həyata keçirilən tədbirlər və insan hüquqlarının müdafiəsi" mövzusunda keçirilən konfransda insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova deyib.
Ombudsman Azərbaycanda "Ahıllar ili"nin qeyd olunmasını təklif edib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

Ombudsman Azərbaycanda növbəti illərdən birinin "Ahıllar ili" kimi qeyd olunmasını təklif edib. Trend-in məlumatına görə, bunu cümə günü "Azərbaycanda yoxsulluğun azaldılması sahəsində həyata keçirilən tədbirlər və insan hüquqlarının müdafiəsi" mövzusunda keçirilən konfransda insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, dünya əhalisində qocalma prosesi gedir. Ombudsman deyib ki, bu problem Azərbaycanda da mövcuddur.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-oktyabr aylarına olan məlumata görə, əhalinin 22 faizi 0-14, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və ondan yuxarı yaşda olanlardır.

Xəbər lenti

Xəbər lenti