...

Azərbaycanda saatlar 1 saat geri çəkildi

Cəmiyyət Materials 30 Oktyabr 2011 04:04 (UTC +04:00)
Azərbaycanda saat 5:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilib.
Azərbaycanda saatlar 1 saat geri çəkildi

Azərbaycan, Bakı, 30 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda saat 5:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bazar günü Trend-ə bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bununla da yay vaxtı ləğv ediləcək.

Azərbaycan Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Xəbər lenti

Xəbər lenti