...

Azərbaycan gimnastı Moskva turnirində bürünc medal qazanıb

Cəmiyyət Materials 31 Oktyabr 2011 16:41 (UTC +04:00)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Moskvada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Azərbaycan gimnastı Moskva turnirində bürünc medal qazanıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan gimnastı Zöhrə Ağamirova Moskvada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

Onyaşlı bakılı idmançı "Zolotıye listya" beynəlxalq turnirində çıxış edərək alətsiz tapşırıqda üçüncü yeri tutub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Digər gimnast Gülsüm Şəfizadə komandasındakı daha yaşlı rəfiqələri Aliyə Qarayeva və Anna Qurbanova ilə yanaşı, Tokioda başa çatan dünya klub çempionatında "Neftçi" kollektivinin triosunu təşkil edib.

O, mükafatçılar sırasına düşə bilməyib, lakin komandanın yekunda yüksək beşinci yeri tutmasında onun da xidməti var. Şəfizadənin özü isə "Tokyo Gymnasium Metropolitain"ə gələn yapon tamaşaçıların alqışları altında turnirin finalında altıncı yeri tutub.

Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın fikrincə, "nəzərə alsaq ki, 13 yaşlı Gülsüm 1996-1997-ci il təvəllüdlü gimnastların kateqoriyasında yarışıb, bu, pis nəticə deyil". "Lakin əminəm ki, o, daha yaxşı çıxış edə bilər və biz buna çalışacağıq", - baş məşqçi deyib.

Komandanın lideri Qarayevaya gəlincə, o, çıxışlarını beşinci yerdə başa vurub. O, üçüncü yeri tutan ukraynalı Alina Maksimenkodan 0,775 bal geri qalıb. Bütün turnirlərin qalibi isə Rusiyanın "Qazprom" komandası olub.

Yaxın həftəsonu da gimnastika yarışlarının daha sıx olacağı gözlənilir. Belə ki, Aliyə Qarayeva İtaliyanın klub çempionatı A1 seriyasının ikinci turunda iştirak edəcək. Digər gimnastlar isə müxtəlif yaşlar üzrə Belçika, Bolqarıstan və Latviyada beynəlxalq turnirlərdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti