...

Tullantıları düzgün atan İçərişəhər sakinləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2011 16:06 (UTC +04:00)
"Təmiz Şəhər" ASC oktyabr ayında İçərişəhərdə tullantıların çeşidlənməsi üzrə növbəti maarifləndirmə tədbirini həyata keçirib.
Tullantıları düzgün atan İçərişəhər sakinləri mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

"Təmiz Şəhər" ASC oktyabr ayında İçərişəhərdə tullantıların çeşidlənməsi üzrə növbəti maarifləndirmə tədbirini həyata keçirib.

ASC-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Ən fəal" adlanan müsabiqənin şərtlərinə görə, tullantıları qida və qeyri-qida növləri üzrə çeşidləyərək İçərişəhər ərazisində yerləşən xüsusi konteynerlərə düzgün atan sakinlər və qoruq ərazisində fəaliyyət göstərən təşkilatların nümayəndələri qalib hesab edilirdi. Müsabiqənin əsas məqsədi tullantıların üzvi və qeyri-üzvi növləri üzrə çeşidlənməsi haqqında əhalinin məlumatlandırılmasını artırmaq və bu prosesdə onların fəal iştirakını təmin etmək idi.

Müsabiqənin sonunda 15 İçərişəhər sakini və təşkilat nümayəndəsi ətraf mühitin mühafizəsinə göstərdikləri qayğı və bu prosesdə fəal iştiraklarına görə "Təmiz Şəhər" ASC tərəfindən qalib seçilmiş və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

"Təmiz Şəhər" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçərişəhər ərazisində tullantıların çeşidlənməsi layihəsinə 2010-cu ilin fevral ayından etibarən başlanılıb. Bu layihə çərçivəsində ASC tərəfindən İçərişəhər ərazisində mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti