Azərbaycan, Bakı, 14 noyabr /Trend/
NATO-nun baş katibi Anders Foq Rasmussen bazar günü velosipeddən yıxılaraq qolunu sındırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Royter" agentliyi NATO-nun rəsmi nümayəndəsi Oan Lunqeskuya istinadən məlumat verir.
"Rasmussen Brüssel yaxınlığındakı meşədə velosiped sürərkən zədələnib. O, özünü yaxşı hiss edir, lakin bir neçə gün ərzində iş yerində olmayacaq. O, istirahət edəcək", - Lunqesku bəyan edib.
Rasmussen bu həftə Latviya, Litva və Estoniyaya səfər etməli idi, lakin bazar günü baş verən hadisədən sonra səfər təxirə salınıb. Lunqeskunun sözlərinə görə, Rasmussenin dəftərxanası onun Baltik ölkələrinə səfərini daha gec müddətə keçirməyə çalışacaq.