Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycandakı cəzaçəkmə müəssisələrində cəza çəkən xarici ölkə vətəndaşlarının öz ölkələrinə təhvil verilməsi işinin intensivləşdirilməsi üçün tədbirlər görülür. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında ədliyyə nazinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.
"Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi bu işlərlə məşğul olur. Lakin bəzi ölkələrin səfirliklərinin, nümayəndəliklərinin ləng işləmələri nəticəsində həmin şəxslərin öz ölkələrinə təhvil verilməsi bir qədər çox vaxt aparır", - Quliyev bildirib.
PX rəisi hazırda cəzaçəkmə müəssisələrinə qadağan olunan əşyaların keçirilmə hallarına rast gəlindiyini də deyib.
"Belə halların qarşısı alınır. Əsasən narkotik və telefon keçirilməsi ilə rastlaşırıq. Belə halların qarşısını almaq üçün Penitensiar Xidmətinin əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsinə çalışırıq", - Quliyev əlavə edib.
Mədət Quliyev: Azərbaycanın cəzaçəkmə müəssisələrindəki xarici ölkə vətəndaşlarının ölkələrinə təhvil verilməsi işi intensivləşdirilir
Azərbaycandakı cəzaçəkmə müəssisələrində cəza çəkən xarici ölkə vətəndaşlarının öz ölkələrinə təhvil verilməsi işinin intensivləşdirilməsi üçün tədbirlər görülür.