...

Azərbaycan paralimpiyaçıları cüdo üzrə Avropa çempionatında daha üç medal qazanıb

Cəmiyyət Materials 20 Noyabr 2011 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend /

İngiltərədə keçirilən cüdo üzrə Avropa Çempionatında yarışların ikinci günündə bizim paralimpiyaçılarımız daha 3 medal qazanıb.

Bu barədə bazar günü Azərbaycan Milli Paralimpiya Komitəsi xəbər yayıb.

İkiqat paralimpiya çempionu, İlham Zəkiyev, 100 kq yuxarı çəki dərəcəsində qızıl medalı qazanıb. 100 kq çəki dərəcəsində isə Zakir Mislimov gümüş medalı, Kərim Sərdarov isə bürünc medalı qazanıb.

Xəbər lenti

Xəbər lenti