...

Bakı məktəblərində fənn aylığı keçiriləcək

Cəmiyyət Materials 21 Noyabr 2011 12:19 (UTC +04:00)
Dekabrda Bakı məktəblərində fənn aylığı keçiriləcək. Bunu bazar ertəsi Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.
Bakı məktəblərində fənn aylığı keçiriləcək

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir İ.İsabalayeva/

Dekabrda Bakı məktəblərində fənn aylığı keçiriləcək. Bunu bazar ertəsi Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, aylıq riyaziyyat fənni üzrə aparılacaq. Fənn aylığının keçirilməsində məqsəd fənnin tədrisi vəziyyətini yüksəltmək, ən yaxşı müəllimləri aşkar etmək, qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək və yaymaqdır.

Əliqızı bildirib ki, fənn aylığı çərçivəsində müxtəlif müsabiqələr, seminarlar, açıq dərslər, sərgilər və "dəyirmi masa"ların təşkili nəzərdə tutulur. Bakının hər bir məktəbində həyata keçiriləcək tədbirlər yekun konfransın təşkili ilə başa çatdırılacaq.

Konfransda riyaziyyat fənnini yaxşı tədris edən müəllimlər, riyaziyyatı mükəmməl bilən şagirdlər seçiləcək, riyaziyyat üzrə ən yaxşı açıq dərslər nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti