...

Azərbaycan ərazisinin 15 faizi meşələr üçün əlverişlidir

Cəmiyyət Materials 25 Noyabr 2011 19:11 (UTC +04:00)
Azərbaycan ərazisinin 15 faizi meşələr üçün əlverişlidir.
Azərbaycan ərazisinin 15 faizi meşələr üçün əlverişlidir

Azərbaycan, Qəbələ, 25 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan ərazisinin 15 faizi meşələr üçün əlverişlidir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

"Ölkənin regionlarında odunlardan istifadənin azalması üzrə tendensiya, eləcə də əlavə əkmələrin artması son 10 il ərzində Azərbaycanda meşə sahələrinin 11,4 faizdən 11,8 faizə artmasına gətirib çıxarıb", - Bağırov bildirib.

Onun sözlərinə görə, bu artımı qənaətbəxş hesab etmək olar.

"Lakin bizdə 14-15 faizlik plankanı keçmək praktiki olaraq mümkün deyil, belə ki, bizim torpağımız yoxdur. Meşələrin ola biləcəyi ərazilər çoxdan kənd təsərrüfatı məqsədləri üçün istifadə edilir", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti