Azərbaycan, Bakı, 29 noyabr / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Prezidentinin sərəncamı ilə növbəti ilin büdcəsindən ölkədəki tələbə yataqxanalarının təmiri və yenidən qurulması üçün 20 milyon manat vəsait ayrılıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ali məktəb tələbələrinin XXII Respublika elmi konfransında çıxışı zamanı təhsil naziri Misir Mərdanov deyib.
Mərdanovun fikrincə, Dağlıq Qarabağ problemi ölkənin ali məktəblərində təhsil alan əcnəbilərin sayına da təsir göstərir. Bu gün xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı 10 000, Azərbaycanın ali məktəblərində təhsil alan xarici ölkə vətəndaşlarının sayı isə 7000 nəfərdir.
Nazir hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağ problemi və ölkəmizin universitetlərinin yataqxanaları məcburi köçkünlərin yaşayış yeri olmasaydı, Azərbaycan universitetlərində təhsil alan xarici ölkə vətəndaşlarının sayı təxminən 10 min nəfər olardı.
2010-2011-ci tədris ilində Azərbaycanda 50-ə yaxın ölkədən olan tələbələr təhsil alıblar.