...

Azərbaycan miqrasiya sahəsində çox uğurlu tədbirlər həyata keçirir - BMqT

Cəmiyyət Materials 30 Noyabr 2011 11:15 (UTC +04:00)
Azərbaycan miqrasiya sahəsində çox uğurlu tədbirlər həyata keçirir. Trend-in məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Renate Held Bakıda BMqT-nin yaranmasının 60 illiyinə həsr olunmuş tədbirdəki çıxışında deyib.
Azərbaycan miqrasiya sahəsində çox uğurlu tədbirlər həyata keçirir - BMqT

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan miqrasiya sahəsində çox uğurlu tədbirlər həyata keçirir. Trend-in məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Renate Held Bakıda BMqT-nin yaranmasının 60 illiyinə həsr olunmuş tədbirdəki çıxışında deyib.

"Azərbaycan 2001-ci ildə təşkilatımızın üzvü olub. Buna baxmayaraq, ölkə BMqT ilə 15 ildir əməkdaşlıq edir. Sərhəd idarəçiliyi qurumlarının təcrübəsinin inkişafı, Avropa təcrübəsinin öyrənilməsi istiqamətində iş aparılır. Bu istiqamətdə Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə xüsusi təlimlər keçirilib, hökumətə lazımi tövsiyyələr verilib", - xanım Held bildirib.

Onun sözlərinə görə, BMqT mikrokreditlərin verilməsi layihəsini həyata keçirir. Layihə Naxçıvan MR hökuməti ilə birgə aztəminatlı ailələrə imkanlar yaradılması üçün hazırlanıb. İndiyədək layihə çərçivəsində 2290 ailəyə yardım edilib.

BMqT hazırda Azərbaycanda 10 layihə həyata keçirir.

Xəbər lenti

Xəbər lenti