...

Azərbaycanda Miqrasiya Məcəlləsi layihəsi gələn ilin ilk aylarında parlamentə təqdim olunacaq

Cəmiyyət Materials 30 Noyabr 2011 11:49 (UTC +04:00)
Azərbaycanda hazırlanan Miqrasiya Məcəlləsi layihəsinin gələn ilin ilk aylarında parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.
Azərbaycanda Miqrasiya Məcəlləsi layihəsi gələn ilin ilk aylarında parlamentə təqdim olunacaq

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda hazırlanan Miqrasiya Məcəlləsi layihəsinin gələn ilin ilk aylarında parlamentə təqdim olunacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya Siyasəti İdarəsinin rəisi Vahid Qəhrəmanov deyib.

"Miqrasiya Məcəlləsi layihəsi artıq aidiyyəti qurumlarla razılaşdırılıb və yuxarı icra hakimiyyəti orqanına təhvil verilib. Bu layihə qəbul olunacağı halda Azərbaycan miqrasiya proseslərini tənzimləyəcək vahid sənədi olan yeganə dövlət olacaq", - Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda MDB ölkələrindən olan miqrantların sayı üstünlük təşkil edir. Həmçinin Türkiyə və Avropa İttifaqı ölkələrindən olan əcnəbilər çoxluq təşkil edirlər.

Qəhrəmanov onu da bildirib ki, əvvəllər Azərbaycanda qanunsuz yaşayan Çin miqrantlarının sayı üstünlük təşkil edirdi. Amma Daxili İşlər Nazirliyi ilə birgə keçirilən tədbirlər nəticəsində onların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Xəbər lenti

Xəbər lenti