...

Bakının Xətai rayonuna yeni hərbi komissar təyin olunub

Cəmiyyət Materials 5 Dekabr 2011 11:32 (UTC +04:00)
Bakının Xətai rayonuna yeni hərbi komissar təyin olunub.
Bakının Xətai rayonuna yeni hərbi komissar təyin olunub

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Xətai rayonuna yeni hərbi komissar təyin olunub.

Hərbi mənbədən bazar ertəsi Trend-ə verilən məlumata görə, polkovnik Eldar Tağıyev rayonun hərbi komissarı təyin edilib. Xətai rayon Hərbi Komissarlığı Trend-ə məlumatı təsdiqləyib.

Tağıyevdən öncə rayon hərbi komissarı vəzifəsini polkovnik-leytenant Niyazi Məmmədov icra edib.

Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.

Yoxlamalardan sonra hərbi komissar tutduğu vəzifədən azad olunub, komissarın sabiq müavini Davud Hüseynov həbs edilib.

Hüseynova Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma (passiv rüşvətxorluq), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti