...

Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 7 Dekabr 2011 12:14 (UTC +04:00)
Azərbaycanda mülayim hava şəraiti davam edəcək
Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir İ.İsabalayeva/

Yaxın 2 gündə Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 8-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti