...

Kəmaləddin Heydərov: Bayıl yamacında sürüşmələrin qarşısı ən müasir üsullarla alınacaq

Cəmiyyət Materials 8 Dekabr 2011 14:47 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi hökumətin tapşırığına əsasən, Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Yaponiyadan mütəxəssislər dəvət edib.
Kəmaləddin Heydərov: Bayıl yamacında sürüşmələrin qarşısı ən müasir üsullarla alınacaq

Azərbaycan, Bakı, 8 noyabr / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan fövqəladə hallar naziri Bayıl yamacında sürüşmələrin qarşısının ən müasir üsullarla alınacağını bildirib.

"Fövqəladə Hallar Nazirliyi hökumətin tapşırığına əsasən, Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Yaponiyadan mütəxəssislər dəvət edib" Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

"Hazırda həmin yerdə böyük bir qrup işləyir. Bu qrupun əsas məqsədi sürüşmələrin dərinliyini, kütlənin həcmini və hansı yerlərdə fəsadlar törədə biləcəyi, bunların qarşısını necə almaq lazım olduğunu müəyyən etməkdir", - Heydərov deyib.

O qeyd edib ki, əvvəllər sınaq quyuları dayaz qazılırdısa, indi bu iş maksimum dərinliklərdə, hər geoloji təbəqələrdə təhlillər aparmaqla həyata keçirilir.

"Biz Yaponiya şirkətinin yeni texnologiyaları və metodları ilə artıq tanış olmuşuq. Tədqiqatların nəticələri yekunlaşandan sonra açıqlanacaq", - o deyib. Nazir vurğulayıb ki, Şəhidlər xiyabanı üçün hazırda təhlükə yoxdur.

Bu il avqustun 17-də axşam saatlarında Səbail rayonu Bayıl yamacında, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsi yaranmışdı.

Xəbər lenti

Xəbər lenti