...

Kəmaləddin Heydərov: Bu il 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib

Cəmiyyət Materials 16 Dekabr 2011 13:27 (UTC +04:00)
Bu il 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib.
Kəmaləddin Heydərov: Bu il 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib

Azərbaycan, Bakı, 16 dekabr / Trend, müxbir M.Əliyev/

Bu il Azərbaycanda 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib. Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 6-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı nazir Kəmaləddin Heydərov deyib.

"Bu il 3300-dək obyektə nəzarət edilib və onlardan 1200-də qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib, 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib", - Heydərov bildirib.

Onun sözlərinə görə, tikintidə mövcud qanunvericiliyin tələblərinin təmin edilməsi, tikinti obyektlərində təhlükəsizlik norma və qaydalarına əməl olunması, ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Nəticədə obyektlərin əksəriyyətində qüsurların aradan qaldırılmasına nail olunub.

Xəbər lenti

Xəbər lenti