...

Azərbaycanda gənclər avtoxuliqanlıqla mübarizə kampaniyasına başladı

Cəmiyyət Materials 22 Dekabr 2011 11:25 (UTC +04:00)
"İRƏLİ" İctimai Birliyi avtoxuliqanlıqla mübarizə məqsədilə kampaniyaya başlayıb.
Azərbaycanda gənclər avtoxuliqanlıqla mübarizə kampaniyasına başladı

Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

"İRƏLİ" İctimai Birliyi avtoxuliqanlıqla mübarizə məqsədilə kampaniyaya başlayıb.

Təşkilatın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, İctimai Birlik son zamanlar cəmiyyətdə narahatlıq doğuran avtoxuliqanlıqla mübarizə məqsədilə sosial şəbəkələrdə istifadəçilər tərəfindən başladılmış "Mən avtoxuliqanlığa YOX deyirəm" (https://www.facebook.com/pages/M%C9%99n-avtoxuliqanlara-YOX-deyir%C9%99m/151969191572751) kampaniyasına qoşulub.

"İRƏLİ" İB-nin baş katibi Rauf Mərdiyevin bildirdiyinə görə, avtoxuliqanlıqla məşğul olanların əksəriyyəti gənclərdir və onlarla mübarizədə maarifləndirmə və ictimai qınaq ən əsas vasitələrdir.

"Biz "Mən avtoxuliqanlığa YOX deyirəm" kampaniyası çərçivəsində keçiriləcək akiya və tədbirlərdə yaxından iştirak edəcəyik. Eyni zamanda, internetdə təbliğatın aparılmasına dəstək olacağıq", - o bildirib.

Sıralarında 20 000 nəfərdən çox gənci birləşdirən "İRƏLİ" İB yaxın gələcəkdə yol hərəkəti təhlükəsizliyinin artırılması üçün bir sıra layihələrin keçirilməsini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti