Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarına ən azı 50 lisenziyaya iddialıdır.
"2012-ci il London Yay Olimpiya Oyunlarına Azərbaycan idmançıları 10 idman növü üzrə 29 lisenziya əldə ediblər. Proqnozlara əsasən, 2012-ci ilin birinci yarısında idmançılarımızın daha 15-20 lisenziya əldə etmək imkanları var", - Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2011-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə bildirib.
2011-ci ildə Azərbaycan idmançıları 705 medal qazanıb ki, bunlardan 276-sı olimpiya idman növlərindəndir. O qeyd edib ki, 2010-cu ildə qazanılmış medalların sayı 675 olub.
"Bu nəticələrin əldə olunmasında yeniyetmə və gənc idmançılarımızın xüsusi payı var, bu da Azərbaycan idmanının qarşıdakI illər üçün güclü potensialının əyani göstəricisidir", - Rəhimov deyib.
Nazir qeyd edib ki, Azərbaycan paralimpiyaçıları da London Olimpiya Oyunlarına artıq 18 lisenziya əldə ediblər.