...

Polis ticarət obyektlərindən 60 minə yaxın partlayıcı oyuncaq götürüb

Cəmiyyət Materials 24 Dekabr 2011 13:41 (UTC +04:00)
Polis ticarət obyektlərindən 60 minə yaxın oartlayıcı oyuncaq götürüb.
Polis ticarət obyektlərindən 60 minə yaxın partlayıcı oyuncaq götürüb

Azərbaycan, Bakı, 24 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Polis ticarət obyektlərindən 60 minə yaxın oartlayıcı oyuncaq götürüb.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Binəqədi, Suraxanı, Sabunçu və Yasamal rayonları ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 14 min 640 ədəd partlayıcı oyuncaqlar götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonunun Xırdalan şəhəri ərazisində, şəhər sakini Nadir Hümbətova və "Sədərək" ticarət mərkəzində, şəhər sakini İlqar Əliyevə məxsus mağazalardan yüksək səsyayıcı qabiliyyətinə malik olan ümumilikdə 50 minə yaxın partlayıcı oyuncaqlar götürülüb.

Xəbər lenti

Xəbər lenti