...

"Eurovision-2012" ilə bağlı promo-video çarxların çəkilişləri ilə əlaqədar elan verilib

Cəmiyyət Materials 26 Dekabr 2011 10:48 (UTC +04:00)
Gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı yarışması ilə bağlı promo-video çarxların çəkilişləri üçün ilkin addım atılıb.
"Eurovision-2012" ilə bağlı promo-video çarxların çəkilişləri ilə əlaqədar elan verilib

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir İ.İsabalayeva/

Gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı yarışması ilə bağlı promo-video çarxların çəkilişləri üçün ilkin addım atılıb.

Trend-in İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Eurovision-2012" İşçi qrupu bu prosesi həyata keçirmək üçün elan verib.

Azərbaycanı "Eurovision" mahnı müsabiqəsinin promo-video çarxlarında təmsil etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur. Bunun üçün namizəd şəklini və özü haqqında məlumatı "Eurovision-2012" İşçi qrupuna göndərməlidir.

Müraciət etmək istəyənlər bununla bağlı "Eurovision Song Contes Baku-2012"nin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsindən məlumat ala bilərlər. Səhifənin ünvanı: https://www.facebook.com/pages/Eurovision-Song-Contest-Baku-2012/210645055685228.

"Eurovision 2012" mahnı müsabiqəsinin yarımfinal mərhələləri gələn il mayın 22 və 24-də, finalı isə mayın 26-da Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti