Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına yeni rektor təyin olunub.
Akademiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ölkə Prezidentinin sərəncamı ilə bu vəzifəyə AMEA-nın həqiqi üzvü Urxan Kazım oğlu Ələkbərov təyin edilib. Yeni rektoru Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.
Akademiyanın rektoru vəzifəsi bir ilə yaxın idi ki, vakant idi. Bu vəzifəni icra etmiş Seyfəddin Qəndilov bir il bundan əvvəl dünyasını dəyişib.
Azərbaycan Respublikası, Bakı şəhəri Urxan Ələkbərov 1943-cü il aprelin 28-də dünyaya gəlib. Azərbaycan Dövlət Universitetində bioloq təhsili alan Ələkbərov 310 elmi əsərin, o cümlədən 30 kitabı çapdan çıxıb. Onun xaricdə çıxmış elmi əsərlərin sayı 200, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 20-dir. Ələkbərovun əsas elmi nailiyyətləri biomüxtəlifliyin mühafizəsi və genetik sistemlərin davamlılığını artırmaq və bu məqsədlə antimutagen, antikartsinogen və geroprotective vasitələrinin aşkar olunması və istifadəsi sahəsində yeni elmi konsepsiyalarlar bağlıdır.
Ələkbərov 1980-cı ildə "Əməkdə fərqlənməyə görə" medalla, 1986-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif edilib.