...

İranda yeniyetmələr QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzədirlər

Cəmiyyət Materials 5 Yanvar 2012 10:28 (UTC +04:00)
İranda hazırda 15-22 yaşlı yeniyetmə və gənclər QİÇS-ə yoluxma təhlükəsi ilə üzləşiblər.
İranda yeniyetmələr QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzədirlər

Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir T.Cəfərov/

İranda hazırda 15-22 yaşlı yeniyetmə və gənclər QİÇS-ə yoluxma təhlükəsi ilə üzləşiblər. Bunu Tehran Universitetinin mamalıq fakültəsinin Elmi Şurasının üzvü xanım Haidə Nöktədan deyib. Trend-in məlumatına görə, bu badərə İranın FARS xəbər agentliyi məlumat verir.

Onun sözlərinə görə, QİÇS-ə yoluxma hallarının qarşısının alınması üçün onunla mübarizə yolları həm məktəbdə və həm də universitetlərdə öyrədilməlidir.

"Hazırda İranda QİÇS-ə yoluxma hallarının üçüncü dalğası başlayıb. Əgər vaxtında nəzarət etməsək və qarşısını almasaq, bu "dalğa" "sunamiyə" çevrilə bilər", - Nöqtədan ötən gün Tehranda "Uşaq və QİÇS" mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, rəsmi statistikaya əsasən, hazırda ölkədə QİÇS-ə yoluxanların sayı 23 125 nəfərdir. "Ölkədə QİÇS-ə yoluxanların dəqiq sayını bilmək üçün bu rəqəmi dördə vurmaq lazımdır", - Nöqtədan əlavə edib.

"Uşaq və QİÇS" mövzusunda keçirilən seminar bu gün də davam edəcək.

Xəbər lenti

Xəbər lenti