...

20 Yanvar faciəsinin 22-ci ildönümü təhsil müəssisələrində qeyd ediləcək

Cəmiyyət Materials 6 Yanvar 2012 14:45 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov 20 Yanvar faciəsinin 22-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb.
20 Yanvar faciəsinin 22-ci ildönümü təhsil müəssisələrində qeyd ediləcək

Azərbaycan, Bakı, 6 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov 20 Yanvar faciəsinin 22-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bununla bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına müvafiq olaraq, bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər keçiriləcək.

Ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri görülmüş işlər barədə yanvarın 26-dək nazirliyə hesabat təqdim etməlidirlər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti