...

Azərbaycanda nikah bağlayan kişi və qadınların orta yaş həddi açıqlanıb

Cəmiyyət Materials 18 Yanvar 2012 15:47 (UTC +04:00)
Azərbaycanda ötən il nikaha girən kişi və qadınların orta yaş həddi açıqlanıb.
Azərbaycanda nikah bağlayan kişi və qadınların orta yaş həddi açıqlanıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il nikaha girən kişi və qadınların orta yaş həddi açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2011-ci ildə rəsmi dövlət orqanları tərəfindən 89,4 min nikah qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər artıb.

Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş olub.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2011-ci ildə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı 2,2 min nəfər olub və 0,5 min nəfər ölkədən gedib.

İmmiqrantların 77,1 faizini Rusiya Federasiyasından, 8,1 faizini Qazaxıstandan, 4,3 faizini Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 45,1 faizini, 32,7 faizini və 8,4 faizini həmin ölkələrə gedənlər təşkil ediblər.

Xəbər lenti

Xəbər lenti