...

Bakıda şəhərsalma zamanı 2020-ci il olimpiadasının keçirilməsi imkanları nəzərə alınacaq

Cəmiyyət Materials 19 Yanvar 2012 11:15 (UTC +04:00)
Bakının şəhərsalma üzrə planında 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi imkanları nəzərə alınacaq.
Bakıda şəhərsalma zamanı 2020-ci il olimpiadasının keçirilməsi imkanları nəzərə alınacaq

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir A.Axundov/

Bakının şəhərsalma üzrə planında 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi imkanları nəzərə alınacaq. Trend-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında deyilir.

Baş nazirin birinci müavini Yaqub Eyyubov və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsində olub və 2020-ci ildə Bakı şəhərində Olimpiya Oyunlarının keçirilməsinin imkan və perspektivlərini Komitənin rəhbərliyi ilə müzakirə ediblər.

"Qonaqlara görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb", - məlumatda deyilir.

Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti