Azərbaycan, Bakı, 19 yanvar / Trend müxbir İ.İsabalayeva/
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə və gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Yanvarın 20-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağmurlu və soyuq hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Yanvarın 21-22-də əlverişsiz soyuq diskomfort şəraitin davam etməsinə baxmayaraq, oksigenlə zəngin və təmiz havanın üstünlüyü müsbət amildir.
Azərbaycanın rayonlarında yanvarın 20-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.