...

Azərbaycanın orta məktəblərində şahmat fənninin tədrisinə başlanılıb

Cəmiyyət Materials 24 Yanvar 2012 16:07 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində şahmatın fənn kimi tədrisinə başlanılıb.
Azərbaycanın orta məktəblərində şahmat fənninin tədrisinə başlanılıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində şahmatın fənn kimi tədrisinə başlanılıb. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda şahmat fənni 75 pilot məktəbdə yalnız II sinif şagirdlərinə tədris edilir. Bu məktəblərdə 5200-ə yaxın II sinif şagirdinə şahmat dərsi keçilir. Şahmat fənni məktəblərdə həftə ərzində şagirdlərə 1 saat müddətində öyrədilir.

İbrahimov bildirib ki, II sinifdə aparılan şahmat fənninin tədrisinin may-iyun aylarında monitorinqi keçiriləcək və nəticələri təhlil ediləcək. Onun əsasında da bu fənnin tədrisi ilə bağlı növbəti qərar qəbul ediləcək.

Azərbaycanın təhsil naziri Misir Mərdanov respublikanın rayon və şəhərlərində seçilmiş bir ümumtəhsil məktəbində şahmat dərslərinin tədris olunması barədə əmr verib. Əmrdə bu, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlərdən biri kimi qeyd edilir.

Şahmat dərslərinin təşkilində məqsəd Dövlət Proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək, respublikamızda şahmat idman növünü daha da inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, şahmatın kütləviliyinə nail olmaqdır

Xəbər lenti

Xəbər lenti