Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Baş Prokurorluq Nəsimi rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 19-da saat 20:00 radələrində 1969-cu il təvəllüdlü Əliyev Şahin Qəzənfər oğlu Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 11 saylı ünvanda yerləşən yaşayış binasının yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla qeyri-rəsmi nikahda olduğu 1967-ci il təvəllüdlü Əsədova Aygün Qafar qızının bədən səthinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı kəsici-deşici xəsarətlər yetirib.
Sonra o, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edərək Aygün Əsədovanı xəstəxanaya yerləşdirib, lakin sonuncu aldığı xəsrətlərdən orada ölüb.
Fakta görə həmin tarixdə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Şahin Əliyev şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq Nəsimi rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb
Baş Prokurorluq Nəsimi rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.