Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.Mehdiyev/
Düsseldorf şəhərinin meri Dirk Elsbersin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Bakıda Dövlət Bayrağı meydanında olub.
Trend-in məlumatına görə, Elsbers Bayraq meydanında yaradılan şəraitlə yaxından tanış olub.
Elsbers həmçinin 57-ci "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün təsdiq olunan "Baku Crystal Hall"ın tikintisi işləri ilə də tanış olub.
Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.
Yanvarın 25-də "Buta Palace"da keçirilən tədbirdə açar təqdim etmə mərasimində "Eurovision 2011"-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib.
Düsseldorf şəhərinin meri Dövlət Bayrağı meydanı ilə tanış olub
Düsseldorf şəhərinin meri Dövlət Bayrağı meydanı ilə tanış olub
