...

Bakıda "İran İslamı İnqilabı: nailiyyətlər və inkişaf" mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 8 Fevral 2012 17:20 (UTC +04:00)
İran İslam İnqilabının qələbəsinin 33-cü ildönümü münasibətilə Bakıda "İran İslam İnqilabı: nailiyyətlər və inkişaf" mövzusunda konfrans keçirilib.
Bakıda "İran İslamı İnqilabı: nailiyyətlər və inkişaf" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir T.Cəfərov/

İran İslam İnqilabının qələbəsinin 33-cü ildönümü münasibətilə Bakıda "İran İslam İnqilabı: nailiyyətlər və inkişaf" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, İranın Azərbaycandakı Mədəniyyət Mərkəzində təşkil olunan konfransın əvvəlində İran İslam İnqilabının müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri göstərən videoçarx nümayiş olunub.

Tədbirdə yer alan çıxışlarda İran İslam İnqilabının keçdiyi yolda əldə etdiyi nailiyyətlər müzakirə olunub, İslam İnqilabının banisi İmam Xomeyninin şəxsiyyətindən söz açılıb.

Konfransda Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri, İranın ali dini rəhbərinin Qafqaz üzrə nümayəndəsi Əliəkbər Ocaqnicat, İran səfiriliyinin əməkdaşları, ziyalılar, alimlər, universitet tələbələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti