...

Nəqliyyat Nazirliyi yük daşıyıcıları və yük sahiblərinə xəbərdarlıq edir

Cəmiyyət Materials 17 Fevral 2012 14:45 (UTC +04:00)
Nəqliyyat Nazirliyi yük daşıyıcıları və yük sahiblərinə xəbərdarlıq edir.
Nəqliyyat Nazirliyi yük daşıyıcıları və yük sahiblərinə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir K.Zərbalıyeva/

Nəqliyyat Nazirliyi yük daşıyıcıları və yük sahiblərinə xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Trend-ə bildirib ki, iriqabaritli və ağır çəkili avtomobillərin yükdaşıma qaydalarını pozması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar olaraq bu tipli pozuntulara qarşı mübarizə bu gündən etibarən gücləndirilib.

Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin xüsusi icazəsi olmadan həddən artıq yüklənmiş, ölçüləri standartlara cavab verməyən yük avtomobilləri Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə yaradılmış tərəzi postlarında saxlanılıb çəkiləcək.

Həsənov deyib ki, çəki və ölçülər standartlara uyğun gəlmədikdə İnzibati Xətalar Məcəlləsinin 163-1-ci maddəsinə uyğun olaraq hüquqi, vəzifəli və fiziki şəxslər cərimələnəcəklər.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimələnəcək.

Fiziki şəxslər onlara məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin bu tələblər pozulmaqla yüklənməsinə görə 600-700 manat cərimə ediləcəklər.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılmaqla fiziki şəxslər 1000-1200 manatadək, vəzifəli şəxslər 1800-2000, hüquqi şəxslər 5500-6000 manatadək cərimələnəcəklər.

Həsənov qeyd edib ki, həddən artıq ağır yükün daşınması yolların dağılmasına, vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.

Nazirlik yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar yerli və beynəlxalq yük sahiblərinə, sürücülərə müraciət edib və onlar bu barədə məlumatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti