...

Gürcüstandakı azərbaycanlı abituriyentlərə xüsusi kvotalar ayrılıb

Cəmiyyət Materials 17 Fevral 2012 17:49 (UTC +04:00)
Azərbaycanlı və erməni abituriyentlər, Gürcüstan vətəndaşları 2012-ci ilin vahid milli imtahanlarında xüsusi kvotalardan istifadə edəcəklər.
Gürcüstandakı azərbaycanlı abituriyentlərə xüsusi kvotalar ayrılıb

Gürcüstan, Tbilisi, 17 fevral /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanlı və erməni abituriyentlər, Gürcüstan vətəndaşları 2012-ci ilin vahid milli imtahanlarında xüsusi kvotalardan istifadə edəcəklər. Onlar doğma dillərində (Azərbaycan və erməni) təkcə ümumi barcarıqlar üzrə imtahan verəcəklər və hazırlıq fakültələrinə qəbul ediləcəklər. Bu barədə cümə günü Trend-ə Gürcüstan Təhsil Nazirliyindən bildiriblər.

İl ərzində tələbələr intensiv qaydada gürcü dilini öyrənəcək və növbəti ildə ali təhsil almaq üçün öz arzuları ilə seçdikləri fakültə üzrə təhsillərini davam etdirəcəklər.

Buraxılış siniflərinin azərbaycanlı və erməni şagirdlərinin qeydiyyatı prosesi ilə Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin Tbilisidəki 64 nömrəli məktəbdə tanış olub.

Proqram ötən il tam gücü ilə işləməyə başlayıb və onun çərçivəsində təxminən 300 tələbə yalnız öz doğma dilində ümumi bacarıqlar üzrə imtahan verib. 2011-2012-ci təhsil ilindən etibarən bu tələbələr artıq seçdikləri fakültədə təhsillərini davam etdirirlər. 2010-cu ildə mövcud proqramdan ancaq 3 abituriyent istifadə edib.

Yeni proqram çərçivəsində qəbul olunan tələbələr imtahanlarda toplanan ballar, ümumi bacarıqlar üzrə maliyyə vəsaiti alacaqlar və mövcud maliyyələşdirmə akademik proqramlara da şamil ediləcək.

Xəbər lenti

Xəbər lenti